Qarabağ futbol klubunun və Azərbaycan Milli Komandasının müdafiəçisi Elvin Cəfərquliyevin gələcəyi müzakirə edilir. Ölkənin istedadlı futbolçularından biri olan solaxay müdafiəçi intizam qaydalarına əməl etmədiyi üçün əvəzedici heyətə göndərilib.
Mövsümün sonuna qədər əsas komandaya qayıtması mümkün görünmədiyinə görə, xarici agent və skautlar ona maraq göstərir. Qarabağdan ayrılacağı ehtimal olunan futbolçuya olan maraq yüksəkdir.
Ona maraq göstərən klubların siyahısına Macarıstanın Ferensvaruş klubu da əlavə olunub. İndiyə qədər Qarabağdan bir neçə futbolçunun transferini həyata keçirən Macarıstan nəhəngi yaranmış fürsətdən maksimum yararlanmağa çalışır. Hətta Ferensvaruş klubu köçürüləcək məbləğlə bağlı razılığa gəlməyə də hazırdır.