FİFA-dan "Qarabağ" azarkeşlərini SEVİNDİRƏCƏK XƏBƏR - RTV

FIFA-nın "Qarabağ" futbol klubuna tətbiq etdiyi transfer qadağası ləğv olunub. Əvvəllər FIFA Premyer Liqa təmsilçisi "Qarabağ"a növbəti üç transfer dövründə oyunçu alışına qadağa qoymuşdu.

Məlumata görə, "Qarabağ"ın bu məsələ ilə bağlı problemi həllini tapıb. Vitse-çempion bir neçə gün əvvəl transfer qadağası ilə üzləşən "Neftçi" futbol klubu ilə eyni vəziyyəti yaşayıb. Belə ki, "Qarabağ" futbolçularından birinin transfer ödənişini gecikdirdiyi üçün FIFA-nın müvafiq portalı klubu avtomatik olaraq qırmızı siyahıya salmışdı.

Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qaldırılıb.