Futzal üzrə Azərbaycan milli komandası Bakıda keçirdiyi təlim-məşq toplanışını uğurla yekunlaşdırıb. Komanda qarşıdakı yoldaşlıq oyunlarına hazırlıq çərçivəsində intensiv məşqlər həyata keçirib.
Komandanın baş məşqçisi Yevgeni Kukseviç oyunlardan əvvəl millinin vəziyyəti barədə məlumat verib:
"Komanda çox məhsuldar məşq toplanışı keçdi. Bu müddət ərzində həm taktiki, həm texniki, həm də psixoloji baxımdan ciddi hazırlıq apardıq. Qarşıdakı günlərə də psixoloji cəhətdən hazırlaşmışıq. Təbii ki, görüləcək işlər hələ çoxdur. Komandamızın əsas məqsədi ölkəmizi ən yaxşı şəkildə təmsil etmək və meydançada uğurlu nəticə əldə etməkdir. Hər iki komanda güclü rəqibdir və bu cür oyunlara hazırlaşmaq bizim üçün yaxşı təcrübədir. Nəticə, əlbəttə ki, önəmlidir. Lakin bu oyunda əsas məqsəd qeyd etdiyim kimi, ölkəmizi layiqincə təmsil etməkdir. Komandadakı ab-hava çox müsbətdir. Eyni zamanda oyunçuları psixoloji cəhətdən də hazırlamışıq."
Millinin kapitanı Emin Kürdov və futzalçı Novruz Kazıxanov oyunlar barəsində fikirlərini bildiriblər.
Emin Kürdov qeyd edib:
"Qarşıda bizi ilk iki oyun gözləyir, Gürcüstan millisi ilə yoldaşlıq oyunları gözləyir və daha sonra Bakıya yollanıb, bir gün sonra Qazaxıstana yollanacağıq. Orada da iki yoldaşlıq oyunumuz var. Komandanın, yəni, deyərdim potensialı var ki, bu oyunlarda yaxşı bir çıxış eləməyə. Təbii ki, bu yoldaşlıq oyunlarıdır. Burda məşqçimizin vurğuladığı kimi də, əsas bizim üçün burda nəticə o dərəcədə önəmli deyil. Əlbəttə ki, biz meydana çıxacağıq millinin adından qələbə üçün, amma bildiyiniz kimi də, qarşıda Dünya Çempionatının seçmə mərhələsinin oyunları var oktyabr ayında və əsas məqsəd o oyunlara hazırlıqdır. Bu yöndən də bizim bu təlim-məşq toplanışımız başlayıb gedir və qarşıdakı oyunlara da biz ciddi hazırlaşırıq."
Millinin üzvü Novruz Kazıxanov fikirlərini bölüşüb:
"Bəli, hazırlıq başa çatdı. Fiziki, həm taktiki baxımdan məşqçinin dediklərinə əməl eləyirik. Oyunlara hazırlaşırıq. Qabaqda dörd dənə yoldaşlıq oyunumuz olacaq, Gürcüstanla iki dənə, sonra Qazaxıstanla iki dənə oyun olacaq. Gürcüstan millisi axırıncı Avropa Çempionatında iştirak ediblər. Yəni qruplar çətin idi, amma qrupların çətin olmasına baxmayaraq, yaxşı nəticələr əldə eləyiblər. Həmçinin Qazaxıstan millisi də inkişafda olan millidir, cavan oyunçuları və belə deyək, legioner bir-iki nəfər də var, Higuita da, yəni yaxşı oyunçuları var. Yəni əlimizdən gələnin ən yaxşısını edəcəyik, inşallah Allahın köməkliyi ilə də yaxşı nəticələrlə qayıdacağıq vətənə."
Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Futzalçı bugündən etibarən kollektiv çalışmalara qoşulacaq.
Qeyd edək ki, millimiz bu gün Gürcüstana yola düşəcək. Komanda Tbilisidə yerli yığma ilə aprelin 9-da və 11-də iki yoldaşlıq