“Qarabağ” futbol klubunun oyunçusu Marko Jankoviç “Sabah”la oyundan sonra baş verən hadisələrə münasibət bildirib. Futbolçu bu barədə Instagram sosial şəbəkəsindəki paylaşımında şərh yazıb.
"Əgər mən onu vurmaq istəsəydim, bunu etmək üçün kifayət qədər imkanım var idi. 20 nəfərin reaksiyası eynidirsə, mümkündürmü ki, onların hamısı dəli olsun və yalnız bir nəfər haqlı olsun? Sizlərdən kimsə özünə sual verib ki, hakim nə dedi və ya nə etdi ki, mən belə reaksiya verdim? Xeyr, bu penalti olduğunu düşündüyüm üçün deyil. Məsələ ondadır ki, mən meydanda ilk dəfə ondan VAR-a baxmağı xahiş edəndə, o mənə qırmızı vərəqə verdi və 'rədd ol' dedi. Təkcə bir dəfə yox, dəfələrlə və təkcə mənə yox! Üstəlik, meydanda ən sakit insan olmalı olan hakim məni paltardəyişmə otağına dəvət edir. Niyə? Mənimlə dava etmək üçün? Bu absurddur və onun peşəsinə qarşı tam qeyri-peşəkar və hörmətsiz davranışdır. Mən onun qərarı ilə razılaşmaya bilərəm, amma onu söyməmişəm. Unutmayın