"Karvan-Yevlax" futbol klubu baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 48 yaşlı mütəxəssisin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb.
Qeyd edək ki, Füzuli Məmmədov 2025-ci ilin noyabrında "Karvan-Yevlax"ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Mövsümün yekunlarına əsasən, 15 xal toplayan komanda Premyer Liqanı tərk edib.