Klubdan qovulan Elvindən gündəm olan PAYLAŞIM - RTV

Bir neçə gün əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən futbolçu Elvin Cəfər Quliyev "Qarabağ"ın dramatik mübarizə ilə əldən verdiyi kubok maçından sonra ironiyalı paylaşım edib.

Başa-baş gərginliklə keçən "Sabah" - "Qarabağ" oyunu bitən kimi Elvin Cəfər Quliyev sosial şəbəkə hesabında özünün idman zalından fotosunu paylaşıb.

Xatırladaq ki, "Qarabağ"ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfər Quliyevin satışa çıxarıldığı haqda xəbərlər yayılmışdı.