Joze Mourinyonun İspaniyanın "Real Madrid" klubunun yeni baş məşqçisi təyin olunduğu açıqlanıb. Bu barədə məlumatı italyan jurnalist Fabrisio Romano yayıb.
Bildirilib ki, "Real Madrid"in ikinci Mourinyo dövrü başlayır. Romano qeyd edib ki, Joze Mourinyo və "Real Madrid" bütün şərtlər üzrə şifahi razılığa gəlib və hazırda rəsmi sənədlərin imzalanması gözlənilir.
Məlumata görə, tərəflər ikiillik müqavilə üzrə razılaşıblar. Mourinyonun rəsmi imza üçün "Real Madrid" – "Atletik" matçından sonra İspaniyaya gedəcəyi bildirilir.