"Qarabağ" futbol klubu Azərbaycan çempionatlarında 700-cü səfər qolunu vuraraq əlamətdar bir nailiyyətə imza atıb.
Bu yubiley qolunun müəllifi Musa Qurbanlı olub. O, Misli Premyer Liqasının 29-cu turunun "Neftçi" ilə oyununda hesabı açaraq "Qarabağ"ın tarixi nailiyyətinə töhfə verib.
Rəqib meydanlarında 488-ci görüşünə çıxan Ağdam klubu, Musa Qurbanlının qolu ilə ümumi səfər qollarının sayını 704-ə çatdırıb. Bu göstəricidə mütləq rekordçu olan "Qarabağ"ın orta məhsuldarlığı 1,44-ə bərabərdir.
Ağdam klubunun ilk səfər qolu 1992-ci il mövsümünə təsadüf edir.