“Neftçi” klubunun əvəzedici komandasına üç futbolçu transfer olunub. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.
Qvineya əsilli Belçikalı Mamadi Diavara, həmçinin Nigeriyalılar Freedom Danjuma Stefanus və Omi Ezekiel Omi ilə bu mövsümün sonunadək müqavilə bağlanılıb. Bununla belə klubun istəyinə uyğun olaraq hər üç futbolçu ilə anlaşma daha iki il müddətinə artırıla bilər.
Qeyd edək ki, 19 yaşlı Diavaranın sonuncu klubu Şalke U-19 olub. 18 yaşlı Stefanus bunadək Nigeriyanın Broad City, 19 yaşlı Omi isə 36 Lion klubunda çıxış edib.