"Neftçi" klubu Misli Premyer Liqasının 21-ci turunda "Qarabağ"la ev oyununun təxirə salınması təklifini qəbul etməyib.
RTV xəbər verir ki, bu barədə Oxaza "Qarabağ" klubunun mətbuat xidmətinə məlumat verilib. Məlumata görə, komanda tərəfindən UEFA Çempionlar Liqasının play-off mərhələsində "Newcastle United"-də keçiriləcək oyun ərəfəsində Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində fevralın 21-də keçirilməsi nəzərdə tutulan "Neftçi"-"Qarabağ" qarşılaşmasının təxirə salınması ilə bağlı peşəkar futbol liqasına rəsmi müraciət olunmuşdu. Lakin "Neftçi" klubunun etirazı nəzərə alınaraq sözügedən müraciət qəbul edilməyib.
Beləliklə, fevralın 21-i saat 19:00-da "Palm Sport Arena"da maça çıxacaq "Qarabağ" klubu bir gün sonra "Newcastle United" ilə oyun üçün İngiltərə səfərinə yollanacaq.