Nəriman Axundzadə "Qarabağ" futbol klubundan ayrılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Nəriman Axundzadə ilə bağlı Amerika Birləşmiş Ştatları təmsilçisi "Columbus Crew" klubu ilə aparılan danışıqlar yekun mərhələyə çatıb və tərəflər arasında razılıq əldə olunub. Mövcud razılaşmaya əsasən, futbolçuya qarşı tərəflə şəxsi müqavilə şərtlərini müzakirə edilməsinə icazə verilib.
Qeyd edək ki, "Columbus Crew" klubu Nərimanla U22 intet proqramı çərçivəsində müqavilə imzalayacaq. Proqram çərçivəsində olan futbolçular klublar tərəfindən azaldılmış büdcə xərci ilə transfer edilə bilər. Bu halda oyunçunun maaşı və transfer haqqı klubun maaş limitinə daha aşağı məbləğlə daxil edilir ki, bu da gənc futbolçuların heyətə cəlb olunmasını asanlaşdırır.