"Qalatasaray"ın hücumçusu əməliyyat olundu - RTV

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.

Bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən altı həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində səfərdə "Liverpul"la matçda zədələnib. Ulduz futbolçunun qolu sınıb.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində meydana çıxdığı