“Qarabağ” 1 milyona qapıçı alır - RTV

Futbol klubu "Qarabağ" qapıçı transfer etməyə hazırlaşır. Klub Xorvatiyanın "Riyeka" komandasının qapıçısı Martin Zlomisliçi transfer edir. Bu barədə məlumat verilib ki, futbolçu ilə bütün məsələlərdə razılığa gəlinib.

Futbolçunun yaxın günlərdə Azərbaycana gələcəyi bildirilir. "Qarabağ" təmsilçisi bu keçid üçün "Riyeka"ya 500 min avro, təxminən 1 milyon manat transfer haqqı ödəyəcək.