"Qarabağ" klubu 21 yaşlı braziliyalı hücumçu Daniel Troya ilə müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
Bu barədə Central Dallawey məlumat yayıb.
Məlumata görə, futbolçu son mövsümü Fortaleza klubunda keçirib.
Onun Fortaleza ilə müqaviləsi iyulun 18-də başa çatacaq.
Nəticədə futbolçu "Qarabağ" klubuna azad agent kimi gələcək.
Tərəflər arasında ilkin razılığın olduğu bildirilir.