“Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı - RTV

“Qarabağ” futbol klubu baş məşqçi Qurban Qurbanovun intizamsızlığına görə əvəzedici heyətə göndərdiyi futbolçu Elvin Cəfərquliyevi satmaq istəyir.

RTV-nin məlumatına görə, bu barədə Qafqazinfoya Elvin Cəfərquliyevin agenti Tural Əsgərov məlumat verib. O bildirib ki, Elvin Cəfərquliyevin Ağdam klubundan ayrılma ehtimalı böyükdür.

Tural Əsgərov əlavə edib ki, “Qarabağ” Elvin Cəfərquliyevin transferə çıxarılmasına razılıq verib. Klub bu barədə başqa klublarla danışıqlar aparır. Lakin hazırda razılaşılan və ya anlaşılan heç bir klub yoxdur. Əgər hər hansı klubla razılığa gəlinsə və transfer məbləğində də razılaşsalar, bu keçid baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” klubunun məşqçi və komanda heyətinin ötən gecə keçirilən görüşünə Elvin Cəfərquliyev dəvət olunmayıb.

Məsələ ilə bağlı RTV-yə açıqlama verən “Qarabağ”ın Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev bildirib ki, görüşdə əsas heyətdə olan futbolçular yer alıb. Elvin Cəfərquliyev əvəzedici heyətdə olduğu üçün tədbirə dəvət almayıb.