"Qarabağ" "Nyukasl"a məğlub oldu - RTV

Ötən gecə "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb. Tarixdə ilk dəfə bu mərhələdə mübarizə aparan Ağdam təmsilçisi İngiltərənin "Newcastle" komandasını Bakıda qəbul edib. Matç rəqibin 6-1 hesablı qələbəsi ilə başa çatıb. "Newcastle"ın heyətində Entoni Qordon dörd qol vuraraq pokerə imza atıb. "Qarabağ"ın heyətindən isə yalnız Elvin Cəfərquliyev fərqlənməyi bacarıb. Bu komandalar arasında İngiltərədə keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə fevralın 25-i saat 00:00:00-da start götürəcək.