Bu axşam UEFA Çempionlar Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində daha dörd qarşılaşma keçiriləcək. Günün ilk matçında Azərbaycan təmsilçisi "Qarabağ" İngiltərənin "Newcastle" klubu ilə qarşılaşacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Gecənin digər oyunlarında "Budo Glimt" "Inter"lə, "Brügge" "Atletico Madrid"lə, "Olimpiakos" isə "Bayer Leverkusen"lə qarşılaşacaq.