"Qarabağ" onu əsas heyətdən kənarlaşdırdı - RTV

"Qarabağ" futbol klubunun mərkəz müdafiəçisi Sami Maye əsas heyətdən kənarlaşdırılıb.

Klubun kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib ki, futbolçu əvəzedici heyətə göndərilib. Qərar məşqçilər heyəti tərəfindən qəbul edilib.

Ağdam təmsilçisi 28 yaşlı müdafiəçini ötən ilin yayında Dinamo Zaqreb klubundan transfer edib. Tərəflər arasında bir illik icarə müqaviləsi imzalanmışdı.

Hazırda qərarın səbəbləri ilə bağlı əlavə məlumat verilməyib.