“Qarabağ” onun üçün 1 milyon ödədi - RTV

“Qarabağ” futbol klubu İsveçli futbolçu Zakariya Sawo üçün İsveçin “Yurqorden” klubuna transfer məbləği ödəyib. Bu barədə “Futbolinfo.az” saytına sözügedən klubun idman direktoru Bosse Andersson məlumat verib.

Bosse Andersson bildirib ki, Azərbaycan təmsilçisi Zakariya Sawo üçün 1 milyon manat ödəniş edib. Qeyd edək ki, futbolçu Zakariya Sawo son mövsümü Kiprin Limasol klubunda keçirib, lakin o, müqavilə ilə “Yurqorden”ə məxsusdur.

Hücumçu artıq Azərbaycana gəlib. O, tibbi müayinədən keçdikdən sonra transferi rəsmən açıqlanacaq.