“Qarabağ” UEFA Çempionlar liqasında mübarizəni dayandırdı - RTV

“Qarabağ” UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununu keçirib.

Sent James Park stadionunda İngiltərənin “Newcastle” klubu ilə qarşılaşan Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 2-3 hesabı ilə uduzub. Ev sahiblərinin qollarını Sandro Tonali, Jolinton və Sven Botman vurublar. Ağdam təmsilçisinin heyətində isə Kamillo Duran və Elvin Cəfərquliyev diqqət mərkəzinə düşüblər.

İlk maçda da rəqibinə uduzan köhlən atlar Çempionlar Liqası ilə vidalaşıb.