“Qarabağ” futbol klubu növbəti transferini həyata keçirməyə yaxındır. 26 yaşlı Qambiyalı hücumçu Zakaria Saho transferi rəsmiləşdirmək üçün Azərbaycana yollanıb.
Bildirilir ki, futbolçu Bakı şəhərində tibbi müayinədən keçəcək. Daha sonra Ağdam klubu ilə müqavilə imzalayacaq. “Qarabağ”ın futbolçu ilə maraqlandığı son günlər məlum olmuşdu. Hazırda transferin yekun mərhələdə olduğu qeyd edilir.