"Qarabağ"ın bu oyunu təxirə salına bilər - RTV

Azərbaycan derbisi təxirə salına bilər. "Qarabağ"ı fevral ayında ağır qrafik gözləyir. Çempionlar Liqasının play-off mərhələsində ilk olaraq fevralın 17-də Bakıda "Newcastle" qonaq ediləcək. "Köhlən atlar" fevralın 24-də İngiltərəyə səfər etməli olacaq. Fevralın 20-22-si günlərindən birində isə Ağdam klubunun premyer liqada "Neftçi" ilə matçı gözləyir. Oyun qrafikindəki sıxlığı nəzərə alan klub "Ağqaralar"la görüşün təxirə salınmasını müzakirə edib.