“Qarabağ”ın daha 2 rəqibi bəlli oldu - RTV

Növbəti mövsüm UEFA Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Qarabağ” futbol klubunun daha iki potensial rəqibi müəyyənləşib. RTV kanalının məlumatına görə, bu rəqiblər Serbiyanın “Voyvodina” və Rumıniyanın “Universitatya Kluş” klublarıdır.

Daha əvvəl Ağdam klubunun üç rəqibi bəlli olmuşdu. Ümumilikdə səkkiz potensial rəqibdən beşinin adı artıq məlumdur. Digər üç komanda isə kubok finallarından sonra bəlli olacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Bu raundun oyunları iyulun 9-da və 16-da keçiriləcək.