"Qarabağ"ın rəqiblərindən biri müəyyənləşdi - RTV

"Qarabağ" futbol klubunun Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı rəqiblərindən biri müəyyənləşib. Klubun rəsmi saytında yer alan məlumata görə, "Qarabağ"ın avqustun 10-da Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı rəqibi ÇSKA Sofia (Bolqarıstan) komandası olacaq.

Qeyd olunur ki, bu oyun "Qarabağ"ın Avropa Liqasının təsnifat mərhələsi üçün hazırlığının bir hissəsidir.