Qurban Qurbanovdan ŞOK QƏRAR - RTV

Qarabağın baş məşqçisi Qurban Qurbanov şok qərar verib. Məlumatda qeyd olunur ki, Qurban Qurbanov Joni Monteli əsas komandadan uzaqlaşdırıb.

Təcrübəli mütəxəssis İspaniyalı yarımmüdafiəçini qeyri-müəyyən müddətə düşərgədən kənarlaşdırıb. Buna səbəb Montenin intizamsızlığı olub.

Montenin UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Vest Hem ilə keçirilən oyunlar üçün iştirak ərizəsində adının olmaması isə məhz bu hadisədən qaynaqlanıb. UEFA-ya təqdim olunan yekun siyahıda 24 futbolçu yer alıb.