Qurban Qurbanovun narazı olduğu hakim “Qarabağ”ın oyununa TƏYİN EDİLDİ - RTV

Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarının təyinatları açıqlanıb.

Məlumata görə, Turan Tovuz – Zirə matçı FIFA referisi Əliyar Ağayevə tapşırılıb. Qarabağ – Sabah matçını isə Rauf Cabbarov idarə edəcək.

Qeyd edək ki, Qarabağın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 25-ci turunda Kəpəzə 0-1 hesabı ilə uduzduqları matçdan sonra VAR-da oturan Rauf Cabbarovdan narazılıq etmişdi. O, Rauf Cabbarovun həmin görüşün 73-cü dəqiqəsindəki penalti epizodunu düzgün qiymətləndirməməkdə günahlandırmışdı.