Erməni şahmatçı Harri Kasparov terrorçuluğa haqq qazandırmaq və xarici agent fəaliyyəti ilə bağlı qaydaları pozmaq ittihamı ilə beynəlxalq axtarışa verilib. Bu barədə TAS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.
Bildirilib ki, Kasparovun federal və dövlətlərarası axtarışı xüsusi sərəncam əsasında elan olunub. Bu ilin fevralında ona xarici agent kimi üzərinə düşən öhdəlikləri yerinə yetirməmək üzrə iki epizodla bağlı qiyabi ittiham irəli sürülüb. 2025-ci ilin dekabrında isə o, terrorçuluğa açıq çağırışlarla əlaqədar ittiham əsasında qiyabi həbs edilib.
Rusiya Ədliyyə Nazirliyi Harri Kasparovu 2023-cü ilin mayında xarici agentlər siyahısına daxil edib. 2024-cü ilin martında isə şahmatçı Federal Maliyyə Monitorinqi Xidməti tərəfindən terrorçu və ekstremistlər siyahısına salınıb.