"Sabah" futbol klubu kapitanı Amin Seydiyevlə yollarını ayırdığını açıqlayıb. Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Uzun illər "Sabah"ın uğurları üçün çalışmış komandamızın kapitanı Amin Seydiyevlə yollarımız ayrıldı. 27 yaşlı müdafiəçi ilə müqavilə müddəti mövsümün sonunda başa çatıb.
Amin Seydiyev klubumuzun tarixində iz qoymuş futbolçulardan biridir. 2020-ci ildən etibarən "Sabah" ailəsinin üzvü olan Seydiyev bu müddət ərzində 186 oyunda forma geyinib, 7 qola imza atıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
"Sabah"ın heyətində Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanan Amin peşəkarlığı və komandaya bağlılığı ilə klubumuzun unudulmaz simalarından birinə çevrilib.
Amin Seydiyevə göstərdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayırıq.