“Sabah” - “Neftçi” matçında dava düşdü - RTV

Misli Premyer Liqasının 32-ci turunda keçirilən "Sabah" - "Neftçi" matçında dava düşüb. Qarşılaşmanın 84-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Joy Lens Mikels topu ehtiyat oyunçular skamyasında oturan Emil Səfərova atıb.

"Neftçi"nin futbolçusunun qarşılıq verməsindən sonra hadisələr gərginləşib. Baş hakim Kamal Umudlu hər iki oyunçuya qırmızı vərəqə göstərib.

Qeyd edək ki, matç "Neftçi"nin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.