Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanında Finlandiyanın "KuPS" komandası ilə qarşılaşır.
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanında Finlandiyanın "KuPS" komandası ilə qarşılaşır. Matç Bank Respublika Arenada keçiriləcək və saat 20:00-da başlayacaq.
"Sabah" ilk təsnifat mərhələsində Uelsin "TNS" klubunu iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə məğlub edib. "Sabah" və "KuPS" arasında cavab qarşılaşması iyulun 28-də keçiriləcək.