Vaqif Cavadov millinin məşqçisi təyin edildi - RTV

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının məşqçilər heyətində yeni təyinat həyata keçirilib. Qərara əsasən, Vaqif Cavadov U-20-nin köməkçi məşqçisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəmizdə Qarabağ, Bakı, Keşlə, Xəzər Lənkəran, Qəbələ, Sumqayıt, Azal kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda Twente, Rusiyada Volqa, Türkiyədə Gaziantep BB və Bolusporun heyətində legioner həyatı yaşayıb.

O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib və 9 qol vurub. Vaqif Cavadov 2024-2025-ci illər mövsümünün ikinci yarısında Sumqayıtın əsas komandasına rəhbərlik edib.