Zubir Qarabağdan gedir?

Qarabağ futbol klubunun futbolçusu Abdullah Zubir yayda klubu tərk edəcək. Bu barədə El Equipe nəşri məlumat yayıb.

Bildirilib ki, fransalı vinger Qətərin Əl-Şahaniyə klubuna keçəcək. Zubirin Qarabağla müqaviləsi 2027-ci ilin yayına qədər olsa da, qarşı tərəf transfer məbləği ödəyərək onu heyətinə qatacaq.

Qeyd edək ki, Zubir 2018-ci ildən Qarabağda çıxış edir. O, Ağdam klubunun heyətində 355 oyun keçirib, 77 qol vurub və 94 məhsuldar ötürmə edib.