Azərbaycanda indiyə qədər icra edilmiş bütün sosial paketlərdə minimum əmək haqqının artırılması ilə bağlı qərar qəbul edilib. Ötən dövr ərzində minimum əmək haqqı 3,1 dəfə artaraq 130 manatdan 400 manata yüksəlib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev açıqlama verib. Nazir qeyd edib ki, minimum əmək haqqı öz mahiyyətinə görə universal sosial standartdır.
"Tam iş saatı ilə çalışan şəxslərə minimum əmək haqqından aşağı məbləğdə əmək haqqının ödənilməsinə qanun icazə vermir. Biz bu standartların tətbiqinə demək olar ki, həftəlik əsasda nəzarət edirik."
Əmək və Məşğulluq alt sistemi bu nəzarətə imkan yaradır və proses tam elektron şəkildə həyata keçirilir. Sonuncu sosial islahatlar paketi çərçivəsində 700 minə yaxın şəxsə minimum əmək haqqı artımı şamil olunub.