Benzinin qiyməti ilə bağlı son məlumat - RTV

Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 650.2 min ABŞ dolları dəyərində 530 ton Aİ-98 markalı avtomobil benzini gətirilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə Azərbaycan Belorusdan 293.5 min ABŞ dolları dəyərində 239.4 ton benzin alıb. Rumuniyadan 206.8 min ABŞ dolları dəyərində 168.7 ton, Rusiyadan isə 150 min ABŞ dolları dəyərində 122.3 ton benzin idxal edilib.

Qeyd edək ki, Azərbaycan bir il dörd aylıq fasilədən sonra Belorusdan tədarükü bərpa edib.

Məlumatda həmçinin qeyd olunur ki, 2025-ci ildə Azərbaycana idxal edilmiş Aİ-98 benzininin 45.2%-i Rumuniyanın, 40.1%-i isə Rusiyanın payına düşüb.