Pensiya alanlara şad xəbər - RTV

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulur. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Nazirlikdən verilən məlumata əsasən, 1 yanvar 2026-cı illərə təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3% indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.