Pensiyalar bu tarixdə ödəniləcək - RTV

Fevral ayının pensiyalarının ödənilməsi ilə bağlı məlumat açıqlanıb. Fevralın 13-dən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fevral ayının pensiyalarının artımla ödənişi baş tutub. Cari ilin əvvəlindən indeksləşdirilməklə 9,3% artırılmış pensiyalar bu artımlarla birgə və yanvar ayının artımı da əlavə olunmaqla verilib.

Respublikamızın digər bölgələri üzrə habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə fevral ayının 20-də həyata keçiriləcək.