"Qaranlıqda həqiqət" - Xüsusi buraxılış

Həsrət Həsənov haqqında

Həsrət Həsənov haqqında

Tarixçi Süleymanxanlı yazıb ki, Azərbaycan kommunist elitasının içərisində Heydər Əliyevdən sonra ən parlaq sima Həsən Həsənov idi. Çünki Həsən Həsənov qədər xalqını yaxından tanıyan, tarixini bilən, ana dilində sərbəst danışan çox az adam var idi.

Heydər Əliyev müavini olanda mənə ideologiya sahəsini tapşırdı. O sahədə daha çox ziyalılarla əlaqədə olmalı idim. Həqiqətən də Azərbaycan dilini sərbəst bilən və tribunadan danışan məmur, yəni partiya məmuru çox az idi.

Atam mənə dedi ki, get və Azərbaycan fakültəsində oxu. Dedim axı mən Azərbaycan dilini bilmirəm. Dedi ki, Azərbaycan dili bilməsən Bakıda sən yaşaya bilməzsən. Gələndə gördüm Bakıda hamı rusca danışır. Heydər Əliyev hakimiyyətə gələndə Bakının əhalisinin əksəriyyəti rus dillilər idilər. Azərbaycanlılar az idi. Ancaq institutlarda oxuyan tələbələr idilər azərbaycanlılar. Amma daha çox hissəsi rus ya rus idilər ya da tam rus dilli azərbaycanlılar idilər.

69-dan 79-cu ilə qədər Heydər Əliyevin başqa gördüyü işlərlə yanaşı ən vacib gördüyü iş o idi ki, Bakını azərbaycanlılaşdırdı. Bakıda tikilən çoxlu zavodlar fabriklər tikildilər. Əvvəllər Sumqayıtda, Mingəçevirdə, Əli Bayramlıda tikilən zavodlara fəhlələri, hətta mühəndisləri kənardan Rusiyadan gətirirdilər. Burda Heydər Əliyev göstəriş verdi ki, heç kim kənardan gəlməməlidir və Azərbaycan rayonlarının gəncləri daha çox gəldilər və Bakıda yaşadılar. Bunun hesabına da 10 il ərzində bu proses inkişaf elədi və 79-cu ildə artıq Bakıda azərbaycanlı milliyyət azərbaycanlıların sayı təxminən 52-53% oldu. Bu ilk dəfə idi. Rusiya imperiyası tərkibinə daxil olandan sonra ki, neft sənayesi başladı Bakıda inkişaf eləməyə, onda da xaricdən çox gəlirdilər, Rusiyadan da fəhlələr gəlirdilər. Amma indi artıq Bakı ilk dəfə olaraq təzədən başladı azərbaycanlılaşmağa. Onun üçün də mən də o prosesdə iştirak elədim. Mən də azərbaycanca müəllimsiz ünsiyyət hesabına danışdım. Və düz deyir ki, tribunadan danışan azərbaycanlı az idi, Azərbaycan dilində danışan azərbaycanlı da az idi.

Qarabağ zəfərindən sonra Cənubi Qafqazla bağlı yeni monoqrafiya işlədiyinizi demisiz. Bu bölgələrdəki proseslərin sonunu, inkişafını necə görürsüz? Çətin görürəm. Bilirsiz, biz belə fikirləşək, bir su kranı düşünək, o krandakı, o kranın başı kimin əlindədir? O suyun bağlaya da bilər. Azərbaycanın bu qədər əslində biz içəridəyik, çox fərqində deyilik, bunu görə bilmirik, mən xalq olaraq deyirəm. Yəni o Amerika prezidenti Tramp Azərbaycan dövlət başçısının ünvanına o söylədiyi sözlər, dünyanın 15 ölkəsinə enerji istehsalı eləyir Azərbaycan. Baxın, bu ölkənin ərazisinə baxın, ölkənin nüfusuna baxın, bir də ölkənin həyata keçirtdiyi siyasətə baxın. Hələ bu Zəngəzur koridoru, bu adı nə olursa olsun, o qədər əhəmiyyətlidir ki, o koridordan istifadə edəcək olan, buna Rusiya da daxildir, Rusiya, Çin, Amerika Birləşmiş Dövlətləri, ona simpatiya göstərən dövlətlər, Avropa dövlətləri, kimlər ki, nəsiblənəcəklər, onların hamısının Azərbaycanla çox yaxşı münasibətinin olması lazımdır. O Tramp, İlham Əliyev və Paşinyan imzasının atıldığı o sənəd çox əhəmiyyətli tarixi sənəddir. O Azərbaycanın var olan gücünü sonsuzluqla çarparaq Azərbaycanı bir fərqli bir nöqtəyə oturturdu.

Yeri gəlmişkən, necə düşünürsüz, nə vaxt Zəngəzurdan keçib Naxçıvana gedə biləcəyik? Yaxın tarixdə. Bilirsiz, bir keçən il həm Azərbaycanın, həm Türkiyənin müvafiq nazirlərinin o koridorla bağlı iştirak elədiyi bir Zəngəzur simpoziumunda mən də çıxışçı idim və ora getdik. Zəngilan təyyarə meydanının açılışına da cənab Ərdoğanla birlikdə sayın Cumhurbaşkanı ilə birlikdə gəlmişdik. O təyyarədən enib mən Welcome to Zəngəzur yazısına, Zəngəzura xoş gəldiniz, onun önündə də, önündə də rəsim çəkdirmişdim. Hər iki ölkənin prezidenti ilə birlikdə mən özüm heç vaxt elə xoşbəxt bir rəsmimi görməmişəm. Yəqin siz də onu gördünüz. Çünki Allahım, çox şükür bu günlərə deyə ən qısa zamanda bu güzərgah açılacaq.

Rəşad doktor, bu ürək sözü demək olar ki, gündəlik həyatımızda ən çox işlətdiyimiz kəlmədir. Məsələn, sənə ürəkdən inanıram, səni ürəkdən sevirəm, ürəyimlə hiss edirəm, ürəklə yaşayıram, ürəyimlə hirslənirəm. Ürək bu qədər hadisələri necə qaldırır?

Ürək həm sinir sistemi vasitəsilə, həm də hormonlarımız vasitəsilə bədəndə baş verən bütün hadisələrə konkret bir şəkildə özünü hiss elətdirərək cavab verən bir orqandır. Bəlkə də şansı odur. Başqa orqanlarda da mütləq bir şəkildə bədənimizdə, ətrafımızda olan hadisələrə qarşı dəyişikliklər baş verir, amma biz onu hiss etmirik. Amma biz ürəyimizin döyüntüsü ilə istər sevincimizi, istər kədərimizi, bütün dəyərlərimizi, bütün hisslərimizi anında onun səsi ilə duyduğumuza görə o hər zaman, hər an bizimlədir. Və düşünürəm ki, belə bir əslində konstitusiyaya görə beynəlxalq səviyyədə də, həm də ölkəmizdə də o hər kəs ürəyin dayanması ilə insan həyatının ömrünün bitdiyini düşünür, amma əslində tibbi tərəfdən beynin funksiyalarının dayanması ölüm deməkdir.

Amma biz elə düşünmürük. Biz onu, bəli, onun səbəbi nədir? Çünki biz nə qədər ağıllı olsaq da, biz dünyada çox şeyləri beynimizlə düşünüb onunla əlaqəli qərarlar versək də, bəzən ürəyimiz başqa bir şey deyəndə üstün gəlir və yaxud daha çox arzulayırıq ki, düşündüklərimizlə, beynin vermiş olduğu qərarlarla ürəyin qərarı üst-üstə gəlsin. Çünki beynindən fərqli olaraq ürək hiss edəndir. O, o həyəcana qarşı fərqli bir duyğuya girirsə, başqa bir ritmə girirsə, nə isə qanunauyğunsuzluq var ortada deməkdir. Ona görə biz həm də hər zaman arzu edirik ki, hər şeyimiz ürəyimizcə olsun. Hər şey ürəkdən olsun, hər şey onun qədər saf və təmiz olsun.