Azərbaycanda 80 manat məbləğində aylıq prezident təqaüdü verilən müharibə veteranlarının sayı məlum olub. RTV Trendə istinadən xəbər verir ki, 2026-cı ildə 182 min 961 veteran prezident təqaüdü alır.
Bu göstərici onu deməyə əsas verir ki, hər ay 14 milyon 636 min 880 manat vəsait müharibə iştirakçılarına sosial müavinət kimi ödənilir.
Ölkə üzrə ən çox təqaüd alan veteran Qazax-Tovuz iqtisadi rayonunda qeydiyyatdadır. Hazırda bu bölgədə təqaüd alanların sayı 19 min 431 nəfərdir.
Təqaüd alanların sayı azlığına görə seçilən bölgə isə Dağlıq Şirvan iqtisadi rayonudur. Burada hazırda 4 min 988 nəfərə təqaüd verilir.