Azərbaycan Mərkəzi Bankı iyunun 15-dən etibarən tədavülə yenilənmiş 100 manatlıq pul nişanı buraxacaq. Bu barədə Azərbaycan Milli Bankı məlumat yayıb.
Yenilənmiş 100 manatlıq banknotun üzərində Azərbaycan Milli Bankının sədri Taleh Tahiroğlu Kazımovun imzası əks olunub. İmza pul nişanının ön tərəfində, sol yuxarı küncdə yerləşir.
Hazırda ölkədə istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılmağa başlanılıb.
Qeyd olunur ki, yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.