Ceki Çan "20 milyon dollara" görə Azərbaycana gəlir - RTV

Dünyaca məşhur aktyor Ceki Çan ilk dəfə Qazaxıstanda film çəkəcək. Aktyorun "Tanrının Zirehi 4: Ultimatum" adlı ekran işinin çəkilişlərinə iyul ayında start veriləcək. Filmin 2027-ci ilin ikinci rübündə dünya üzrə nümayişi planlaşdırılır.

Filmin rejissoru Robert Kun olacaq. Çəkilişlərin Qazaxıstanla yanaşı, Azərbaycanda da aparılması nəzərdə tutulur.

Ekran işi Ceki Çanın canlandırdığı Asiya Şahini obrazının macəralarının davamını əks etdirir. Süjet qədim tumar artefaktı uğrunda başlayan və mükafatı 20 milyon dollardan çox olan qlobal axtarışdan ibarətdir.