Tanınmış müğənni Edis, "Dream Fest" musiqi festivalı çərçivəsində Bakıda olarkən jurnalistlərin suallarını cavablandırıb.
Edis Bakıda olmaqdan məmnunluğunu bildirib və azərbaycanlı həmkarları ilə də görüşmək istədiyini qeyd edib.
"Çox gözəl bir şou izləyəcəksiniz. Biz də əlimizdən gələni edirik. Dansçılarımızla da çox gözəl bir şou hazırladıq sizə. Önemli bir mahnı olsa, gözəl bir mahnı olsa, səhnəyə çıxaram."
Sənətçi Azərbaycana olan sevgisindən bəhs edərək bildirib ki, Bakı və Azərbaycan onun üçün xüsusi bir yerə malikdir.
"Mən Azərbaycana qarşı xüsusi bir sevgi bəsləyirəm. Mənim aramda Azərbaycanla olan güclü əlaqə ilə əlaqəli ola bilər. Çünki dünya üçün də bir çox ulduz var, amma headliner-in yenə bir türkü olması bizim aramızdakı münasibətlə əlaqəli ola bilər. Çox gözəl bir münasibətimiz var. Azərbaycanı çox sevirəm. Bakı və Azərbaycan mənim üçün ayrı bir yerə qoyuram hər zaman."
Edis həmçinin qeyd edib ki, festival haqqında ilk duyduğu vaxtdan xoş təəssürat alıb.
"Bu fikri ilk eşitdiyim vaxtdan mənə yaxşı gəldi. Ümid edirəm ki, yaxşı olar. Çox təşəkkür edərəm. Ulduz olmaq nə deməkdir, gözəl bir duyğu."