Müğənni Elçin Cəfərovun ilk solo konserti Heydər Əliyev Sarayında baş tutub. "Bizə hər şey yaraşır" adlı konsert proqramı 29 may tarixində musiqisevərlərin, sənətçinin həmkarlarının, dostlarının və ailə üzvlərinin iştirakı ilə keçirilib.
Konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandıran Elçin Cəfərov, bu layihənin yaradıcılıq fəaliyyətində xüsusi əhəmiyyət daşıdığını bildirib. Müğənninin sözlərinə görə, bu konsert onun sənət yolunda dönüş nöqtəsidir.
"Mənə elə gəlir ki, bu, mənim sənətimdə bir dönüş nöqtəsidir. Ona görə də hər şeyimlə, həm geyimimlə, həm repertuarımla, həm gözəl ifalarımla, hər bir şeyimlə, yəni biz fərqlənməliyik. Müəyyən qədər pul xərclənilib. Çox xərclənilib və bu xərclənilməli idi də. Mən sənətimi çox sevirəm də. Sənətim üçün xərcləməyə də hazıram. Maşınımı da sataram, evimi də sataram ki, mən əsas ürəyim rahat olsun. Əsas içimdəki rahat olsun. Ona görə də çox xərcləmişəm, yəni. Çox xərcləmişəm. Və bundan sonra da nə qədər olsa, yenə sənətim üçün xərcləyəcəyəm."
Gecə ərzində sevilən mahnıları səsləndirən sənətçi tamaşaçılara yaddaqalan anlar yaşadıb.