"İstəyirik ki, aramızdakı sevgini paylaşaq" - Miri Yusifin konsertində yaşananlar - RTV

Xalq artisti Miri Yusif Bakıda şəhər restoranlarından birində konsert proqramı ilə çıxış edib. Konsertdən öncə jurnalistlərə açıqlama verən sənətçi, həyat yoldaşı ilə sevgisini sosial mediada da izləyiciləri ilə paylaşmaq istədiyini bildirib. O qeyd edib ki, bu videolar spontan şəkildə çəkilir.

"Biz yenidən bir yerdəyik, sizi görməyimizə çox şad olduq, əziz dostlar. Mən tək öz adımdan deyil, öz komandam adımdan deyirəm bunu. Biz yenə də bu səhnədə, bu gözəl məkandayıq. Amma bu konsert yay konsertlərimizin birinci mərhələsidir,"

deyə Miri Yusif bildirib. O əlavə edib ki, iyulun 3, 4 və 5-də paytaxtın ən sevilən məkanlarından biri olan Yaşıl Teatr səhnəsində yenidən dinləyiciləri ilə görüşəcək. Sənətçi Yaşıl Teatr səhnəsinə olan xüsusi bağlılığını da ifadə edib:

"O səhnə mənim səhnəmdir bir sözlə. Vallah, çox çox alışdım və orda dinləyicilərimi orda görməyimə hər zaman mən xoş olur."

Konsert boyu Miri Yusifin sevilən hit mahnıları səsləndirilib. Tamaşaçılar musiqi və duyğularla zəngin unudulmaz bir gecə yaşayıblar. Miri Yusif yay mövsümündə paytaxt sakinləri və şəhərin qonaqları üçün xüsusi proqram hazırladığını da vurğulayıb.