3 fevralın hava proqnozu açıqlandı - RTV

Azərbaycanda fevralın 3-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.