Bu gün, iyunun 3-də Azərbaycanda hava şəraitinin dəyişkən olacağı proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir yağış yağacaq. Lakin axşam saatlarında yağışın kəsiləcəyi gözlənilir.
Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17, gündüz 21-26 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısa müddətli yağış yağması ehtimalı var.
Dağlıq ərazilərdə isə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Gecə rayonlarda temperatur 15-18, gündüz 23-28 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-25 dərəcə isti gözlənilir.