Bədənin müxtəlif nahiyələrində kəsilmiş, cırılmış yaralarla iyirmiyə yaxın...
Məni vurdu, qaçdı.
Ağcabədi rayonunda azyaşlı şəxs çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hadisə rayonun Aşağı Avşar kəndində baş verib.
Uşaq durub üçün atam məni apardı, çəkdi qırağa. Onların darvazasının ağzına apardı. Məni vurdu, qaçdı ararlığa. Bizim evlərin tərəf qaçmadı. Qaçdı o ararlığa. Oraya qaçandan sonra tədbir mədmarı getdi.
Dayısıyla mənim gediş-gəlişim olub. Dost olmuşam onun dayısıyla. Bir də pisliklərini görməmişəm.
Kənd sakini, şərti adı Pünhan olan azyaşlı müxtəlif nahiyələrdən bıçaq xəsarəti alıb. Yaxınları onu dərhal Ağcabədi rayon mərkəzi xəstəxanasına çatdırıblar.
Ağcabədi rayon mərkəzi xəstəxanasının acil şöbəsinə altı yaşlı azyaşlı kişi cinsinə mənsub olan bədənin müxtəlif nahiyələrində kəsilmiş, cırılmış yaralarla iyirmiyə yaxın valideynləri tərəfindən gətirilmişdir. Xəstə təcili olaraq əməliyyat blokuna götürüldü. Yaralar birincili cərrahi işləndi. Xəstədə hemorragik şok diaqnozu qoyuldu. Xəstə reanimasiya şöbəsinə verildi. Hal-hazırda müalicə reanimasiya şöbəsində müalicəsi davam elətdirilir. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan bir nəfər müəyyən edilib. Faktla bağlı araşdırma davam edir.