“ABŞ vurub, dağıntılar altındadır, çıxara bilmirik” – Xameneinin müşaviri - RTV

Ehtiyatda olan materialların İrandan çıxarılması üçün heç bir səbəb yoxdur. Əgər qərb narahatdırsa, onda 60% zənginləşdirmə 20%-ə endirilə bilər. Amma onlar bunun müqabilində nəsə təklif etməlidirlər. Bunu İranın ali rəhbərinin siyasi müşaviri Əli Şamxani deyib. O, İranın nüvə proqramının dinc xarakter daşıdığını qeyd edib. Şamxani əlavə edib ki, Tehran heç vaxt nüvə silahı toplamayacaq, amma qarşı tərəf bunun üçün müəyyən bir qiymət ödəməlidir. Şamxaninin sözlərinə görə zənginləşdirilmiş uranın həcmi hələ də məlum deyil. Çünki ehtiyatların bir hissəsi ABŞ hücumundan sonra dağıntılar altındadır və çox təhlükəli olduğundan onu çıxarmaq üçün təşəbbüs göstərilmir.