ANAMA əməkdaşı minaya düşdü - RTV

Bu gün işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində mina partlayışı baş verib. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi məlumat yayıb. Bildirilib ki, qurumun 2000-ci il təvəllüdlü əməkdaşı Vasif Füzuli oğlu Çobanov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayıb.

Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.