Anar Bayramov 6 yüksək vəzifəli məmuru işdən çıxardı - RTV

Bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müşavir təyin edilmiş Zeynal Bayramlı vəzifəsindən azad edilib.

RTV-nin Manşet.az-a istinadən verdiyi xəbərə görə, TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovun müvafiq əmri ilə təşkilatın müşavirləri Elnur Qurbanov, Emil Qasımov, Pərvin Əkbərov və Vüqar Yaqublu da tutduqları vəzifələrdən azad olunublar.

TƏBİB-in icraçı direktorunun digər əmri ilə Strateji İnkişaf Departamentinin rəhbəri Murad Mirzəyev də işdən çıxarılıb.