Gəncə şəhərində qadının bıçaqlanması hadisəsi baş verib. 36 yaşlı Aygün İsmayılova bıçaqlanıb.
Qadın xəstəxanaya çatdırılıb. Polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində Aygün İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 40 yaşlı Ruslan Novruzov saxlanılıb.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.